Almaniya 34 azərbaycanlını geri qaytardı 0 0

Almaniya 34 azərbaycanlını geri qaytardı 0 0
“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 17 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 34 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.
Bu barədə GunAz.az-a Miqrasiya Xidmətindən məlumat verilib.
"Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir", - məlumatda qeyd olunub.
скачать dle 12.1
Geri qayıt