Paşinyan TRIPP marşrutunun inşası üçün vaxt cədvəlini açıqladı
Ermənistanda TRIPP nəqliyyat marşrutunun tikintisinə 2026-cı ilin ikinci yarısında start veriləcək.
GunAz.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan parlament iclasında bildirib.
“2026-cı ilin birinci yarısında razılaşmalar yekunlaşdırılacaq, ikinci yarısında isə tikinti işlərinə başlanacaq. Planımız belədir”, - o qeyd edib.
Baş nazir əlavə edib ki, yeni dəmir yolu sovet dövründə mövcud olmuş marşrut üzrə keçəcək, çünki başqa istiqamətdə tikinti texniki baxımdan mümkün deyil.
Paşinyan həmçinin bildirib ki, qaz kəməri və elektrik xətləri daha şimal istiqamətində salınacaq.
O vurğulayıb ki, proses ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, qarşılıqlılıq və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanır və bu prinsiplər Vaşinqton Bəyannaməsində təsbit olunub.Teleqraf