Dəmirdaş aclıq aksiyasına başlayır

Dəmirdaş aclıq aksiyasına başlayır
Türkiyənin Ədirnə cəzaçəkmə müəssisəsində həbsdə olan HDP həmsədri Səlahəddin Dəmirdaş və həmin partiyanın Hakkari üzrə deputatı Abdullah Zaydanın aclıq aksiyasına başlayacağı bildirilib.
Bu barədə elə HDP məlumat yayıb.
Belə ki, sözügedən şəxslərin qeyri-insani rəftardan dolayı bu addımı atacağı bildirilib.
Xatırladaq ki, Dəmirdaş və partiyanın bir neçə nüfuzlu şəxsi ötən ilin noyabr ayında həbs edilib.(axar.az)

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt