KİV: İsrail Suriya ərazisinə zərbə endirdi - ÖLƏNLƏR VAR
İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatı (PUA) Suriya Müdafiə Nazirliyinin Dəməşqdə yerləşən hərbi obyektinə hücum edib.GunAz.az xəbər verir ki, bu barədə "Sham TV" telekanalı məlumat yayıb.
Hücum nəticəsində azı 6 nəfərin öldüyü bildirilir.
Məlumata görə, İsrail PUA-sı Harcala qəsəbəsində yerləşən yerüstü hədəfə zərbələr endirib. Daha 4 hərbçi yaralanıb.
