ABŞ Orta Şərqdəki əsgərlərinin sayını artırmağı planlaşdırır. Bu barədə "Fox News"a danışan Pentaqon rəsmisi məlumat verib. Onun sözlərinə görə, ABŞ İŞİD-lə mübarizədə silahlılarının sayını artırmaq məqsədilə İraq və Suriyaya 200 əsgər göndərəcək. Məsələ ilə bağlı İŞİD-ə qarşı beynəlxalq koalisiyanın komandiri Stefen Taunsend təlimatlandırılıb. Əsgərlərin Mosulun 40 km cənubundakı, hava qüvvələrinə məxsus bazada xidmət keçəcəyi gözlənilir.