Əsas sual budur: vaxt bitəndə Tramp nə edəcək?
GunAz.az xəbər verir ki, bu barədə “Quardian” nəşri yazıb.
Nəşr yazıb ki, ABŞ-ın razılıq əldə olunması üçün ayrılmış vaxta münasibətdə mövqeyini sərtləşdirməsinə baxmayaraq, bu müddətin gözardı edilməsinin nəticələri hələ də açıq qalır.
"Əsas sual açıq qalır: vaxt bitəndə Tramp əslində nə edəcək?" – deyə nəşrin müxbiri Yakub Krupa yazıb.
Qeyd edək ki, bundan öncə Tramp açıqlamasında Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı razılıq əldə olunması üçün özü tərəfindən müəyyən edilmiş vaxtı 10-12 günə endirəcəyini bildirib.
