İranda məhkəmə binasına silahlı hücum - Ölənlər var

İranda məhkəmə binasına silahlı hücum - Ölənlər var İranda Ceyş əl-Ədl adlı silahlı qruplaşma ölkənin cənub-şərqində yerləşən Sistan-Bəluçistan vilayətindəki məhkəmə binasına hücum edib.
GunAz.az xəbər verir ki, bununla bağlı İran KİV məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 5 nəfər ölüb, 13 nəfər isə yaralanıb.
Qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürüb və bununla bağlı bəyanat yayıb.

скачать dle 12.1
Geri qayıt