Paşinyan: Ermənistan Aİ-yə üzv olmaq istəyir

Paşinyan: Ermənistan Aİ-yə üzv olmaq istəyir Ermənistan Avropa İttifaqının (Aİ) üzvü olmaq istəyir.
GunAz.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Avropalı həmkarlarımız Ermənistanda qəbul edilmiş Aİ-yə qoşulma prosesinin başlanması haqqında qanunun ölkənin Aİ üzvü olmaq istəməsi anlamına gəlib-gəlmədiyini soruşurlar. Cavabım belədir: Bəli, Ermənistan Aİ-nin üzvü olmaq istəyir”, – Paşinyan qeyd edib.
скачать dle 12.1
Geri qayıt