Hindistan və Çin razılaşdı: Birbaşa hava əlaqəsi...
GunAz.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, razılıq xarici işlər naziri Subramanyam Cayşankar və çinli həmkarı Van Yi arasında Pekində keçirilən görüşdə əldə edilib.
Nazirlər humanitar mübadilələrin asanlaşdırılması məqsədilə qarşılıqlı səfərlərin və birbaşa uçuşların təşkili barədə razılaşıblar.
