Hüsnü Mübarək 6 illik həbsdən sonra evində

Hüsnü Mübarək 6 illik həbsdən sonra evində
Misirin sabiq prezidenti Hüsnü Mübarək 6 illik həbs müddətinin ardından evinə yollanıb.
Gunaz.az bildirir ki, bu barədə Mübarəkin vəkili Fərid əd-Dib məlumat yayıb. 88 yaşlı eks-prezident səhhətində yaranan problemlər səbəbindən son beş ili Qahirədəki hərbi hospitalda keçirib. Mübarəki məhkəməyə vertolyotların köməkliyilə çatdırırdılar.
Artıq Hüsnü Mübarək Qeliopolisdəki evindədir. Onu ailə üzvləri və vəkili qarşılayıb.
Xatırladaq ki, 2012-ci ildə H.Mübarək barəsində ömürlük həbs hökmü çıxarılmışdı.
скачать dle 12.1
Geri qayıt