Moskva Əliyevin bu siyasətindən QORXUR

GunAz.az xəbər verir ki, bu barədə özbəkistanlı politoloq Dünyagir Əkrəmov fikir səsləndirib.
“Qarabağ Bakının nəzarətinə qaytarıldıqdan və Azərbaycanın suverenliyi bərpa edildikdən sonra ölkə Qərblə neft-qaz sahəsində böyük sazişlər imzaladı. Transxəzər marşrutu üzrə enerji resurslarının Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə Avropaya çatdırılması ilə bağlı sazişlər bağlandı. İranın Rusiya üçün əhəmiyyətinin artması amili də öz rolunu oynayır. Ancaq Rusiya bunun qarşısını almağa çalışır. Rusiya bununla barışa bilmir. Çünki o, özünü ənənəvi olaraq postsovet məkanında hegemon sayır. Prezident İlham Əliyev isə beynəlxalq münasibətləri yaxşı bidiyi üçün hadisələri düzgün idarə etmək qabiliyyətinə malikdir”, – Özbək ekspert vurğulayıb.