Bu səfər Bakı ilə əlaqələrdə yeni səhifə açdı - Pezeşkian

GunAz.az xəbər verir ki, o, bu barədə Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.
Azərbaycana rəsmi səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayan M.Pezeşkian səfərin nəticəsi olaraq Azərbaycan-İran əlaqələrində yeni səhifənin açıldığını vurğulayıb, bu xüsusda artıq Bakı ilə Tehran, Bakı ilə Təbriz arasında təyyarə reyslərinin artırılmasını, Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün tikintisi istiqamətində işlərin aparılmasını qeyd edib və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunub.