Emin Rusiyadakı konsertini ləğv etdi

GunAz.az Axşam.az-a istinadla xəbər verir ki, müğənni iyulun 6-da Svetloqorsk şəhərində konsert verməli idi.
Emin məlumat yayaraq konsertin olmayacağını bildirib. O, yeni tarix kimi 2026-cı il iyulun 6-nı göstərib.
Əlavə olunub ki, konsertə alınan biletlər yeni tarixdə keçərli olacaq və ya istəyən onu geri qaytara bilər.