Onlar viza tələbindən azad edilir

Onlar viza tələbindən azad edilir Azərbaycan və Şimali Makedoniya diplomatik və xidməti/rəsmi pasport sahiblərini qarşılıqlı olaraq viza tələbindən azad edir.
GunAz.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” Qanunda əksini tapıb.
Qeyd edək ki, saziş bu il martın 12-də Bakıda imzalanıb.

скачать dle 12.1
Geri qayıt