Çinin yeni bombası: Elektrik şəbəkəsini sıradan çıxarır!

Çinin yeni bombası: Elektrik şəbəkəsini sıradan çıxarır! Çin yalnız elektrik şəbəkələrini və elektrik stansiyalarını sıradan çıxarmağa yönəlmiş yeni silah növü hazırlayır. Çin Xalq Azadlıq Ordusunun ala biləcəyi yeni bomba elektrik şəbəkələrində qısaqapanma yaradaraq onları sıradan çıxarmağa qadirdir.
GunAz.az xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.
Bildirilib ki, yeni bomba havada partlayır və 90 sursat buraxır.
Partlayışdan sonra bir-birindən ayrılan silindrik qablarda kimyəvi karbon sapları var. Onlar naqillərə və transformatorlara toxunduqda, bu yivlər yüksək gərginlikli enerji infrastrukturunda qısaqapanmalara səbəb olur.
Beləliklə, bir bomba 10 min kvadratmetrə qədər olan kifayət qədər böyük elektrik şəbəkəsini sıradan çıxarmağa qadirdir. Güman edilir ki, bu silah elektrik enerjisinin kütləvi kəsilməsinə səbəb olmaqla düşmənin komanda və idarəetmə sistemlərini sıradan çıxarmaq üçün nəzərdə tutulub.

скачать dle 12.1
Geri qayıt