Trampdan inanılmaz: Rusiyaya böyük zərbə hazırlanır

GunAz.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından olan amerikalı senator Lindsi Qrehem "ABC Nyus"a deyib.
O, Trampın senatorun irəli sürdüyü Rusiyanın enerji resurslarının alıcılarına 500% tarif haqqında qanun layihəsini dəstəkləməsi barədə sualı belə cavablandırıb:
“Mövcud vəziyyət böyük sıçrayışdır və qanun layihəsi konkret olaraq bunu etməlidir: Siz Rusiyadan mal alıb Ukraynaya kömək etmirsinizsə, o zaman ABŞ-a gələn məhsullarınıza 500% rüsum tətbiq olunur”.
Qeyd edək ki, sənədin iyulda fasilədən sonra Konqresdə qəbul edilməsi planlaşdırılır.