Ermənistanda 14 nəfər saxlanıldı

GunAz.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarından 90-dan çox ünvanda axtarış əməliyyatı həyata keçirilib.
Xatırladaq ki, bu gün səhər Ermənistanın hüquq-mühafizə orqanları müxalif “Müqəddəs mübarizə” hərəkatının tərəfdarlarının evində axtarış aparıb. Əməliyyat çərçivəsində hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan saxlanılıb.