“Buna maliyyəmiz çatmır” - Zelenski

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Haaqada keçirilən Müdafiə Sənayesi Forumunda deyib.
“Bizim müdafiə istehsalı potensialımız 35 milyard dolları keçir. Bu artilleriyadan tutmuş qabaqcıl PUA-lar, müasir döyüş üsullarına və raket texnologiyalarına qədər təxminən 1000 müxtəlif hərbi vasitəni əhatə edir”, - deyə dövlət başçısı qeyd edib.
Zelenskinin sözlərinə görə, bütün bu potensialın təxminən 40%-i lazımi maliyyə ilə təmin olunmur: “Bu isə ciddi problemdir. Məsələn, biz ildə təxminən 8 milyon müxtəlif növ dron istehsal edə bilərik, lakin bizim maliyyəmizlə çox az istehsal edə bilirik”.