İran nüvə müqaviləsindən çıxa bilər

GunAz.az xəbər verir ki, bu barədə komitənin nümayəndəsi İbrahim Rzai “Tasnim” agentliyinə müsahibəsində bildirib.
“Komitə üzvlərinin əksəriyyəti MAQATE-nin fəaliyyətini kəskin tənqid edərək, agentliklə əməkdaşlığı dayandırmağa çağırıblar. Bundan əlavə, parlamentin növbəti iclasının gündəliyinə daxil edilməsi planlaşdırılan tələblər arasında “Nüvə silahının yayılmaması haqqında” müqavilədə iştiraka yenidən baxılması və İranın müqavilədən çıxması da var”, - Rzai vurğulayıb.