İran məscidə zərbə endirdi: Yaralılar var

GunAz.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar deyib.
"İran rejimi Hayfaya raket zərbəsi endirib və Vadi Nisnas bölgəsindəki Əl-Cərin məscidini vurub. Raket hücumu nəticəsində məscidin içərisində olan müsəlman din xadimləri yaralanıb. İran rejimi mülki şəxsləri - müsəlmanları, xristianları və yəhudiləri, eləcə də mülki obyektləri hədəfə alıb. Bunlar müharibə cinayətləridir", - deyə nazir bildirib.