Xameneinin öldüyü deyilən müşaviri sağ imiş...

GunAz.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, Şamxani həyatda olması ilə bağlı bəyanat yayıb.
Onun sözlərinə görə, hücum zamanı həlak olmayıb və hazırda xəstəxanada müalicə alır.
Şamxaninin vəziyyətinin stabil olduğu qeyd olunub.
Xatırladaq ki, iyunun 13-də İsrailin İrana qarşı başlatdığı əməliyyat çərçivəsində Əli Şamxaninin yaralanması, daha sonra isə vəfat etməsi ilə bağlı məlumat yayılmışdı.