Macarıstan İrandakı səfirliyini müvəqqəti Azərbaycana köçürüb

Macarıstan İrandakı səfirliyini müvəqqəti Azərbaycana köçürüb Macarıstan İrandakı Səfirliyini müvəqqəti olaraq Tehrandan Azərbaycana köçürüb.
GunAz.az “Daily news Hungary” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlayıb.
Onun sözlərinə görə, İranda olan və yardım tələb edən bütün macarıstanlıların Azərbaycana keçirilməsi təmin edilib.
Siyarto qeyd edib ki, bunun ardınca Tehrandakı səfirlikdə fəaliyyət göstərən diplomatlara ölkəni tərk etməklə bağlı göstəriş verib:
“Səfirlik əməkdaşları və onların ailələrindən ibarət ümumilikdə 15 nəfərin Azərbaycana keçidi təmin edilib və səfirliyin işini müvəqqəti olaraq orada icra edəcəklər”.

скачать dle 12.1
Geri qayıt