İranın yeni kamikadze dronları-FOTO

İranın yeni kamikadze dronları-FOTO İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İrana məxsus yeni "Şahid 107" kamikadze pilotsuz uçuş aparatını (PUA) təqdim edib.
GunAz.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, bu, 1500 km-dən çox uçuş məsafəsi olan porşen mühərrikli drondur.
Xatırladaq ki, "Şahid" seriyalı PUA-lar genişspektrli döyüş tapşırıqlarını yerinə yetirmək üçün İranda hazırlanmış zərbə və kəşfiyyat PUA-larıdır. Onların əsas üstünlükləri uzun uçuş məsafəsi, aşağı hündürlükdə işləmək qabiliyyəti, radioelektron müharibəyə davamlılıq və kütləvi şəkildə istifadəyə imkan verən aşağı qiymətidir.
скачать dle 12.1
Geri qayıt