Pezeşkian İran xalqına çağırış etdi

GunAz.az xəbər verir ki, Pezeşkian bu barədə İran parlamentində çıxışı zamanı deyib.
Prezident bildirib ki, İranın nüvə silahı əldə etmək kimi bir niyyəti yoxdur. Bununla yanaşı, ölkəsinin nüvə enerjisindən istifadə hüququna sahib olduğunu qeyd edib və enerji məqsədilə uranın zənginləşdirməyə davam edəcəklərini bildirib.
“Fərqliliklərimizi bir kənara qoyub, soyqırımçı və cinayətkar düşmənin təcavüzünə qarşı güclü durmalıyıq. Düşmən bizi döyərək, öldürərək və sui-qəsdlərlə yolumuzdan döndərə bilməz. Bayrağı yerə düşən hər qəhrəmanın yerinə onu qaldıracaq yüzlərlə qəhrəmanımız var”, - prezident qeyd edib.