İrandakı diplomatlarımızın ailə üzvləri təxliyə olundu

GunAz.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu, habelə İsraildəki səfirliyi ölkə vətəndaşlarının qaynar xəttlərə daxil olan müraciətlərini nəzərdən keçirir və zəruri tədbirlər görür:
"Bununla əlaqədar, ilkin olaraq, İrandakı səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə Azərbaycanın 41 vətəndaşının İran-Azərbaycan sərhədindən keçidi təmin olunub. Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir".