Roma Papasından İran və İsrailə çağırış - Video
GunAz.az TASS-a istinadla xəbər verir ki, Papa hazırda siyasətçilərin qarşısında nüvə təhlükəsi olmayan dünyanı təmin etmək vəzifəsinin durduğunu xatırladıb.
Onun sözlərinə görə, buna dünyada ədalət, qardaşlıq və rifahın birgə mövcud ola bilməsi üçün qarşılıqlı hörmətə əsaslanan ünsiyyət vasitəsilə nail olmaq lazımdır.
Roma taxtının başçısı əlavə edib ki, heç bir dövlət digərinin mövcudluğuna təhdid etməməlidir, hamı sülh quruculuğu, təhlükəsizlik və ləyaqət təminatları üzərində işləməlidir.
