Bu gecə İsrailə bu ölkə də qoşulacaq: İranı nə gözləyir?

GunAz.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.
Onun fikrincə, Rusiyanın Ukraynada məruz qaldığı ağır hərbi-siyasi itkilər, İsrailin İranın hərbi gücünü dağıtması dünya düzənin istiqamətini müəyyən edir:
“Çox böyük ehtimalla bu gecə ABŞ strateji bombardımançıları İsrail Hərbi Hava Qüvvələrinə qoşulacaq. Bu isə İran üçün sonun başlanğacı, Rusiya üçün yeni bir geosiyasi məğlubiyyətin gerçəkləşməsi olacaq.
Düşündürücü sual isə belədir: İrandan sonra növbə hansı ölkənindir?
Qənaətimcə, bu ayın sonu, ən geci yayın sonuna kimi bu sula aydınlıq gətirmək mümkün olacaq”.