İsraildə 3 bazanı vurduq - SEPAH generalı açıqlama yaydı

GunAz.az xəbər verir ki, bu sözləri SEPAH komandanının baş müşaviri, briqada generalı Əhməd Vahidi mediaya açıqlamasında deyib.
O bildirib ki, İsrailin komanda mərkəzi və elektron döyüş mərkəzinin yerləşdiyi “Nevatim” və “Ovda”, Təl-Əviv yaxınlığındakı “Tel Nof” hava bazaları, İsrail Müdafiə Nazirliyi və onun Təl-Əvivdəki sənaye və hərbi mərkəzləri hədəf alınıb. Ümumilikdə 150-dən çox hədəf vurulub.
General İsrailin İrana hücumda ciddi səhv hesablamalara yol verdiyini deyib və israilliləri nəticələrə hazır olması barədə xəbərdarlıq edib.