İranın vurulmasına ərəb ölkələrinin reaksiyası
GunAz.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İsrailin bu gün İranın hərbi və nüvə obyektlərinə zərbələri haqda danışarkən bildirib.
“ABŞ-ın ərəb ölkələrindəki hərbi bazaları İsraili qorumaq üçün hazır vəziyyətə gətirilib. İranın zəifləmə ehtimalından narahat olan 3 ölkə var: Rusiya, Ermənistan və Çin. Bunlardan hər birinin İrandakı rejimlə sıx tərəfdaşlıq münasibətləri mövcuddur. Rusiya və Çin üçün İranla sıx tərəfdaşlıq Qərbə qarşı ortaq müqavimət gücünün formalaşmasından ibarətdirsə, Ermənistan üçün İranla sıx tərəfdaşlıq Azərbaycana qarşı istifadə edilən siyasətdir. Hazırda İrandakı rejim mövcudiyyətini qorumağın hayındadır, nə Rusiya, nə Çin, nə Ermənistan, nə də Zəngəzur dəhlizi yada düşür”, - ekspert qeyd edib.
