Tehranda bütün uçuşlar ləğv edildi

Tehranda bütün uçuşlar ləğv edildi Tehranda hava limanında bütün uçuşlar ləğv edilib.
GunAz.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
Tehranda partlayış səsləri eşidildiyi üçün İmam Xomeyni hava limanında bütün uçuşlar dayandırılıb.
Uçuşların dayandırılması şərtlər müəyyən olunana və mülki aviasiya idarəsi tərəfindən elan olunana qədər davam edəcək.
Bundan başqa, Mehrabad beynəlxalq hava limanından da uçuşlar dayandırılıb.

скачать dle 12.1
Geri qayıt