Ən şiddətli döyüşlər bu istiqamətlərdə gedir - Zelenski açıqladı

GunAz.az UNIAN-a istinadən xəbər verir ki, o bunu videomüraciətində bildirib.
“Ən şiddətli və gərgin hərbi əməliyyatlar Pokrovsk istiqamətində, eləcə də Kursk əməliyyatı aparılan ərazilərdə və Sum vilayətinin sərhədyanı rayonlarında davam edir”, - deyə Ukrayna lideri qeyd edib.