ABŞ Qəzzada atəşkəslə bağlı qətnaməyə veto qoyacaq - KİV

GunAz.az xəbər verir ki, bu haqda “Axios”un müxbiri Barak Ravid mənbələrə istinadən məlumat yayıb.
“ABŞ İsraili məlumatlandırıb ki, BMT Təhlükəsizlik Şurasının bu gün səsverməyə çıxarılması gözlənilən Qəzzada dərhal atəşkəs tələb edən qətnamə layihəsinə veto qoyacaq”, - Ravid “X” səhifəsində yazıb.
Qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvü hazırlayıb.