Dünya rekordu qıran serial davam edəcək

GunAz.az Milli.Az-a istinadən xəbər ki, serialın əvvəlki mövsümü dünya miqyasında böyük rezonans doğurmuş, 93 ölkədə hit-paradlara liderlik etmiş və bir neçə rekord müəyyən etmişdi. Serialın yaradıcıları isə bildirirlər ki, yeni mövsüm də maraq baxımından əvvəlkilərdən geri qalmayacaq.
Yeni süjet xəttinə əsasən, əsas qəhrəman 456-cı oyunçunun hekayəsi bu mövsümdə yekunlaşacaq. Tamaşaçılar onun ölümcül oyunun təşkilatçılarına qarşı mübarizədə qalib gəlib-gəlməyəcəyini bu dəfə öyrənə biləcəklər.