İranın cənubunda güclü zəlzələ oldu

GunAz.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 352 min əhalisi olan Bəndər-Abbas şəhərindən 158 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.