“Biz İranla çox yaxşı danışıqlar aparırıq”

GunAz.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
“Biz İranla çox yaxşı danışıqlar aparırıq. Bunun bir məna kəsb edib-etmədiyini görəcəyik, amma yaxşı danışıqlar aparırıq”, - Tramp bildirib.
Qeyd edək ki, daha öncə İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi bildirmişdi ki, İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı təmaslar davam edir.