Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək?

GunAz.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov “İnterfaks”a müsahibəsində bildirib.
“Tədbirin proqramı çox sıxdır, o, əlavə, dar danışıqlar formatlarını ehtiva etmir”, - Şevtsov deyib.
O əlavə edib ki, həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətləri təkcə plenar iclas və seminarlarda deyil, həm də MDB-yə üzv dövlətlər üçün ənənəvi işçi sessiyada iştirak etməyə dəvət olunublar.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə 27-29 may 2025-ci il tarixlərində Moskvada Təhlükəsizlik Məsələlərinə Məsul Yüksək Səviyyəli Nümayəndələrin 13-cü Beynəlxalq Toplantısı keçiriləcək.