Niderland F-16-ları Ukraynaya göndərdi

GunAz.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.
Bu barədə danışan müdafiə naziri Ruben Brekelmans qeyd edib:
“F-35-lərə keçid fonunda biz F-16-larla vidalaşırıq, bu təyyarələr üçün Ukraynadan daha yaxşı təyinat nöqtəsi təsəvvür edə bilməzdim. Rusların gündəlik hava hücumları səbəbindən F-16 Ukrayna üçün mühüm əhəmiyyət kəsb edir. Bu, onlara Rusiya hücumlarını dəf etməyə imkan verir”.