İmamoğlunun şəxsi telefonu tapıldı - Araşdırılır

GunAz.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bunu İstanbul Baş Prokurorluğu açıqlayıb.
Bildirilib ki, bir evdə keçirilən əməliyyat zamanı tapılan telefon polis tərəfindən yoxlanışa aparılıb.
Qeyd edək ki, daha əvvəl İmamoğlunun iş üçün istifadə etdiyi ikinci telefonu araşdırılmışdı. Şəhər Prokurorluğunun məlumatına əsasən, həmin telefonda onun digər şübhəlilərlə mütəmadi əlaqədə olduğu müəyyən olunmuşdu.