ABŞ-dan İsrail və HƏMAS-a ÇAĞIRIŞ

GunAz.az xəbər verir ki, danışıqlar Qətərin paytaxtı Dohada deyil, gizli kanal vasitəsilə aparılır. Vasitəçiliyi fələstin əsilli amerikalı iş adamı Bişara Bəxbəh həyata keçirir. O, daha əvvəl israilli-amerikalı girov Edan Aleksandrın azad olunmasında da rol oynamışdı.
Məlumata görə, Uitkoff birbaşa olaraq İsrailin baş naziri Benyamin Netanyahu, onun müşaviri Ron Dermer və HƏMAS rəhbərliyi ilə əlaqə saxlayıb. Lakin Axiosun iddiasına görə, tərəflərin mövqeləri hələ də barışmaz olaraq qalır.