Rusiya atəşkəs şərtlərini Ukraynaya təqdim edəcək - Kreml

GunAz.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, tərəflər atəşkəs şərtləri ilə bağlı siyahıların qarşılıqlı mübadiləsinə dair razılığa gəliblər və bu istiqamətdə işlər davam etdirilir:
“Rusiya tərəfi öz siyahısını hazırlayacaq və Ukrayna tərəfinə təqdim edəcək. Siyahılar qarşılıqlı şəkildə dəyişdiriləcək. Orada nələrin yer alacağını əvvəlcədən açıqlamaq düzgün deyil, çünki danışıqlar davam edir və qapalı formatda aparılmalıdır”.