İstanbulda Türkiyə-Rusiya-Ukrayna görüşü başladı

GunAz.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi “X” hesabında paylaşıb.
Türkiyənin XİN rəhbəri Hakan Fidan görüşdə açılış nitqi ilə çıxış edib.
O, çıxışında tərəfləri sülhlə bağlı razılığa gəlməyə çağırıb.
Qeyd edək ki, iclas daha sonra Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar formatında davam etdiriləcək.