Putin İrana gedir - Rəsmi açıqlama

GunAz.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib.
“Prezident Putinin Tehrana səfəri hazırda planlaşdırma mərhələsindədir və lazımi hazırlıqlar gedir”, - Mühacirani bildirib.
Qeyd edək ki, aprelin 18-də İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putini Tehrana səfərə dəvət etmişdi.