Yeni Papa seçilir

GunAz.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Belə ki, artıq mərasimin başçısı “Hamı çölə!” sözlərini deyib. Bu o deməkdir ki, kapellanın qapıları bağlanır, bütün kənar şəxslər zalı tərk etməlidirlər, bundan sonra kardinallar yeni Papanın seçilməsinə başlayırlar.
Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də 88 yaşında dünyasını dəyişib. O, aprelin 26-da dəfn edilib.