Türkiyənin Bingöl şəhərinin Gənc mahalında iki yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib. Qeyd edilən ərazilərdə PKK-ya qarşı hərbi əməliyyatlar aparılacaq. Bildirilir ki, Türkiyə hərbçiləri regionda məskən salan PKK rütbəlilərini təsirsiz hala gətirməyə çalışacaq. Komendant saatı bu gün səhər saatlarında elan edilib.