Məşhur platforma fəaliyyətini dayandırır

Məşhur platforma fəaliyyətini dayandırır “Skype” fəaliyyətini dayandırır
GunAz.az xəbər verir ki, bu barədə “Microsoft” şirkəti məlumat yayıb.
Bildirilir ki, 5 may tarixində “Skype” platformasının fəaliyyəti rəsmi olaraq dayandırılacaq. Şirkət daha əvvəl bu dəyişikliyi may ayında həyata keçirəcəyini elan etmişdi. İstifadəçi hesabları avtomatik olaraq “Microsoft Teams” xidmətinə köçürüləcək.
“Skype-dan 5 may tarixinədək istifadə etməyə davam edə bilərsiniz”, – deyə “Microsoft”un texniki dəstək bölməsinin saytında qeyd olunub.
Qeyd edək ki, “Skype” platforması 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə “Microsoft” tərəfindən satın alınıb.скачать dle 12.1
Geri qayıt