Şimali Koreyadan yeni "güc nümayişi"

GunAz.az xəbər verir ki, son olaraq raket sınaqları və hərbi təlimlərlə regionda gərginliyi artıran Pxenyan, “qorxuducu” addımlarına daha birini əlavə edib.
Şimali Koreya rəhbərliyindən verilən məlumata görə, ötən həftə suya buraxılan 5 min tonluq “Çhoe Hyon” adlı yeni döyüş gəmisində raket və artilleriya sistemlərinin ilk sınaqları uğurla həyata keçirilib.