Pezeşkian Bakıdan qayıdandan sonra bu paylaşımı etdi

GunAz.az xəbər verir ki, o, qonaqpərvərliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib.
"Dünən Bakıda Azərbaycan Respublikasının Prezidenti, əziz qardaşım İlham Əliyevlə razılaşmalarımız oldu və sənədlər imzalandı.
Bu səfər etimadın artırılması və hərtərəfli elmi, iqtisadi, mədəni və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni üfüqlərin açılması üçün müqəddimədir.
Qonaqpərvərliyinə görə cənab İlham Əliyevə təşəkkür edirəm", - o qeyd edib.