Azərbaycan Özbəkistanla bu sahədə əməkdaşlığa başlayır

Azərbaycan Özbəkistanla bu sahədə əməkdaşlığa başlayır Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) və Özbəkistanın “Stars International University” arasında Anlaşma Memorandumu imzalanıb.
GunAz.az “Azərkosmos”a istinadən xəbər verir ki, sənəd iki ölkə arasında təhsil, elmi tədqiqat və kosmik sahənin inkişafı istiqamətlərində qarşılıqlı faydalı əməkdaşlığı artırmaq məqsədini daşıyır.
Anlaşma Memorandumu, həmçinin kosmik sahədə təcrübə və bilik mübadiləsi, İKT sahəsində iqtisadi, sənaye, elmi, texniki və texnoloji əməkdaşlığın inkişafını təmin etmək üçün imzalanıb. Bu razılaşma çərçivəsində müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdə tutulur.
Tərəflər təhsildə əməkdaşlıq və kadr hazırlığı, elmi tədqiqat və akademik əməkdaşlıq, universitetin təhsil üzrə rəqəmsal platformalarından istifadə, “Azerkosmos”un təlim və məsləhət xidmətlərinin Özbəkistanda təşviqi, telekommunikasiya, kosmik texnologiyaların ticarət və kommersiya sahələrində istifadəsi, yerin müşahidəsi və telekommunikasiya xidmətlərinin birgə inkişafı üzrə əməkdaşlıq edəcəklər.

скачать dle 12.1
Geri qayıt