Paşinyan sülhdən DANIŞDI: "Hazırıq"

GunAz.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Paşinyan görüş zamanı Assambleyanın fəal işinin və onun çərçivəsində aparılan müzakirələrin vacibliyini qeyd edib.
Russopulos öz növbəsində erməni parlamentarilərlə əməkdaşlığı çox səmərəli adlandırıb və bunun uğurla davam edəcəyinə ümidvar olduğunu bildirib.
Tərəflər regional hadisələrlə bağlı məsələləri müzakirə ediblər. Paşinyan Azərbaycanla razılaşdırılmış sülh sazişinə toxunub və Ermənistanın sülh gündəminə sadiqliyini və sazişi imzalamağa hazır olduğunu vurğulayıb.
Regional sabitlik və sülh naminə dialoqun və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinin zəruruiliyini qeyd edib.