ABŞ-dən İrana qarşı sanksiyalar

AvroMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus açıqlamasında bildirib.
“Bu gün Birləşmiş Ştatlar İran vətəndaşı Seyid Əsədullah Emamjomeh və onun korporativ şəbəkəsinə yüz milyonlarla dollarlıq İran maye qazı və xam neftini xarici bazarlara ixrac etdiyinə görə sanksiya tətbiq edib”, - diplomat vurğulayıb.
Onun sözlərinə görə, bu gəlirlər İranın nüvə proqramı və ballistik raketlərin inkişafı da daxil olmaqla, terror qruplaşmalarına dəstək kimi zərərli fəaliyyətini maliyyələşdirir:
“İran şirkətləri sanksiyalardan yan keçmək və xarici müştərilərə mal satmaq üçün daim öz şəbəkələrini yenidən təşkil edir. ABŞ rejimin sabitliyi pozan davranışını maliyyələşdirən İran şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir”.